Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib
Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçılarını bir yaşayış məntəqəsindən sıxışdırıblar. İşğalçılar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etdilər, lakin məğlub oldular”, - o deyib.

O bildirib ki, dünən, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb.

"Düşmənin hərəkət etdiyi yaşayış məntəqələrindən biri də azad edilib. Ona görə də şiddətli döyüşlər davam edir, bu, çox çətindir. İnsanlar təxliyə olunmalıdır ki, ərazimizi azad etməyimiz daha asan olsun", - Kirilenko bildirib.

O, azad edilən yaşayış məntəqəsinin adını açıqlamayıb. Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyi daha əvvəl müharibə vəziyyətinin qaydalarına uyğun olaraq vətəndaşlardan azad edilən yaşayış məntəqələrinin adlarını açıqlamamağı xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...