Delimitasiya komissiyaları ilk dəfə sərhəddə GÖRÜŞDÜ

Delimitasiya komissiyaları ilk dəfə sərhəddə
24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...