Hökumət İlqar Məmmədova bu dəfə pul vermədi

Hökumət İlqar Məmmədova bu dəfə pul vermədi
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Cebhe.info xəbər verir ki, Apellyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib. Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Cebhe.info-ya deyib ki, növbəti instansiyalar da şikayəti təmin etməsə, Avropa Məhkəməsinə müraciət ediləcək:

“İlqar Məmmədov 53 min manat kompensasiya tələb edir. Apellyasiya Məhkəməsi bu tələbi təmin etmədi. Növbəti instansiyalar da şikayəti təmin etməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik. Qeyd edək ki, bu, maddi kompensasiya tələbidir”.

Qeyd edək ki, 2020-ci ilin 23 aprelində Azərbaycan Ali Məhkəməsi ReAl sədrinə bəraət verib və ona 234 min manat təzminat ödənilməsi ilə bağlı qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...