Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı

  Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı

“Biz optimistik, çünki biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşaması olmadan təkcə bizim üçün deyil, bu regionun bütün ölkələri üçün irəli getmək mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində Brüsseldə üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan regionda dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıdır: “İndi bu realdır, xüsusən də vasitəçilər olduğu üçün. Biz bu imkanlardan istifadə etməliyik”.
V. Xaçatryan xatırladıb ki, bu, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında üçüncü görüşdür və bu, Aİ-nin Ermənistanla Azərbaycan arasında sülh haqqında sənədin imzalananması məsələsini başa çatdırmaq istədiyinə ümid verir:
“Əlbəttə, bu, çətin yol olacaq, çünki münaqişə 1990-cı illərdən davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var. Sülh müqaviləsi imzalanandan sonra birgə, dinc yaşama erası başlamalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...