Rusiya nefti Avropanı “parçaladı”

Rusiya nefti Avropanı “parçaladı”
Avropa İttifaqı liderlərin zirvə görüşündən əvvəl diqqətçəkən açıqlama yayıb.

Modern.az xəbər verir ki, təşkilat Ukraynaya hücumlar səbəbindən Rusiya neftinə embarqo tətbiqi ilə bağlı razılığa gələ bilmədiklərini elan edib.

Adı açıqlanmayan yüksək vəzifəli rəsmilərin bildirdiyinə görə, Rusiya neftindən asılı olan ölkələr embarqonun tətbiqinə qarşı çıxıblar. Təklif xüsusilə Macarıstan, Slovakiya və Çexiya tərəfindən bəyənilməyib. Nəticədə, Avropa Komissiyası embarqonun yalnız Avropa İttifaqı ölkələrinə tankerlər vasitəsilə gətirilən Rusiya neftinə şamil edilməsini, Macarıstan, Slovakiya və Çexiyaya bir müddət nefti "Drujba" kəməri ilə qəbul etməyi tövsiyə edib.

Xatırladaq ki, Ukraynada davam edən müharibə səbəbindən Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunub. Növbəti mərhələdə Rusiya neftinə embarqo qoyulması təklif edilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...