Bakı Şəhər İcra Hakimiyyəti 3,8 milyon manatlıq abadlıq işləri aparacaq

Bakı Şəhər İcra Hakimiyyəti 3,8 milyon manatlıq abadlıq işləri aparacaq

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Xezer-Construction", "Creat Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperatividir.

Qalib şirkətlərə müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...