“Azərbaycan və Ermənistan arasında dəmir yolu marşrutu razılaşdırılıb”

“Azərbaycan və Ermənistan arasında dəmir yolu marşrutu razılaşdırılıb”
“Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupu Azərbaycan və Ermənistan arasında avtomobil marşrutunun əlaqələndirilməsini yekunlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Lavrovun bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iyunda baş tutan görüşünü müsbət qiymətləndirmək olar. Rusiyalı nazirin sözlərinə görə, onlar ritmik işləyirlər və hələ həllini tapmayan məsələləri həll etməyə hazırlaşıblar:
“Bildiyiniz kimi, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda yol marşrutu və qurulacaq rejimlə bağlı razılaşma yekunlaşmaq üzrədir. Rejim sadələşdiriləcək, lakin o, mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq. Burada heç bir qeyri-müəyyənlik ola bilməz.
Rusiya XİN rəhbəri Xocalının Fərrux kəndindəki vəziyyətlə bağlı da danışıb:
“Bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Kəndindəki vəziyyət Rusiya sülhməramlılarının yaxından diqqət mərkəzindədir. Artıq vəziyyətin de-eskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...