Aqil Abbas: “Şuşaya getmək istəyən alimlər onları aldadan şəxsi “eşşək sudan gələnəcən” döysünlər”

Aqil Abbas: “Şuşaya getmək istəyən alimlər onları aldadan şəxsi “eşşək sudan gələnəcən” döysünlər”
“Oxudum ki, alimləri aldadan şəxs pulu geri qaytaracağını deyib. Şuşa hazırda hər kəsin diqqət mərkəzindədir. Allaha şükür, ölkədə də belə məsələlərdən, fürsətdən istifadə edən dələduzlar o qədər çoxdur ki... Saxta bilet satırlar, ya biletin qiymətini iki-üç qat bahalaşdırırlar, axırda da avtobus gəlmir. Ona görə də vətəndaşlar özləri bu məsələdə diqqətli olmalıdırlar. Araşdırmalıdırlar ki, Şuşaya onları kim, niyə aparır? Həmin alimlər yığışıb onları aldadan şəxsi tapsınlar, “eşşək sudan gələnəcən” babat döysünlər. Bir tərəfdən də, eşşək sudan gec gəlir...”



Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup aliminin Şuşaya səfər adı ilə aldadılmasından danışarkən deyib.



Deputat bildirib ki, indi hamı Şuşanı görmək istəyir: “Bu da, əlbəttə ki, müvəqqəti şeydir. Keçib gedəcək. Yəqin ki, gələn ildən Şuşaya rahat şəkildə gediş-gəliş olacaq, sakinlərin köçü başlayacaq, belə hadisələr də baş verməyəcək. İstəyən adam öz avtomobilinə oturub Şuşaya rahat gedəcək. Bu il mümkün olsa, lap yaxşı olardı, turizm genişlənərdi, Şuşanı görmək istəyən çoxdur… Amma indi buna Şuşada tam şərait yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...