"Xalq hazırki müxalifətin idarəçiliyini bir daha görmək istəmir" - Deputat
"Müxalifətin idarəçiliyə gətirilməsi təklifi ilə çıxış edənlərin dövlət idarəçiliyində olduqları dövrlər də olub. Həmin dövrlərdə dövlətin hansı istiqamətə getdiyi hamıya məlumdur. Müxalifətin idarəçilikdə təmsil olunmasından danışanlar özləri dövlət idarəçiliyində olanda müstəqillik təhlükə altına alınmış, vətəndaş müharibəsi baş qaldırmışdı, torpaqlarımız sürətlə işğal olunurdu. Onların yenidən idarəçiliyə gətirilmələri, düşünmürəm ki, yaxşı nəsə vəd edə bilər. Ümumiyyətlə, bunun olacağını düşünmürəm".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
“Onların dövləti hansı məqsədlərlə idarə etdikləri və hansı “uğurlar” qazandıqları çoxuna bəllidir. Xalq onların idarəçiliyini bir daha görmək istəmir. Bu gün hamımız sakit, sabit, inkişaf etmiş ölkədə yaşayırıq. Hazırki idarəetmə ərazi bütövlüyünün təmin edilməsinə imkan verib. Azərbaycan bu gün dünyada nüfuzlu bir ölkəyə çevrilib. Belə məqamda yenidən 1991-1992-ci illərin idarəçiliyinə qayıtmağı məqsədə uyğun hesab etmirəm”, - deputat bildirib.
1 070 dəfə oxundu