"Rusiya ilə müzakirələrin aparılması qaçılmazdır" - Makron

"Rusiya ilə müzakirələrin aparılması qaçılmazdır" -
"Müəyyən nöqtədə Ukrayna barədə Rusiya ilə müzakirələrin aparılması qaçılmazdır".

APA CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Rumıniyaya səfəri zamanı deyib.

“Bu münaqişənin yeganə arzuolunan sonu ya Ukraynanın hərbi qələbəsi, ya da müəyyən nöqtədə müzakirələrin aparılmasıdır. Döyüşlər müəyyən məqamda dayansa, biz müzakirələr apara bilərik”, - Makron bildirib.

Makron avropalıların müzakirə masasının ətrafında olacağını vurğulayıb.

"Məsələnin çətinliyi ondadır ki, biz qınayırıq, sanksiyalar tətbiq edirik, ukraynalıları öz döyüşlərində dəstəkləyirik, lakin biz Rusiya ilə müharibədə deyilik”, - Makron əlavə edib.

Fransa Prezidenti NATO-nun Şərq cinahına göndərilən Fransa qüvvələrinin gücünün artırılacağını diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...