“Qərar qəbul edərkən hamımız bunu nəzərə almalıyıq” - Şolts İrpendə
Almaniya Kansleri Olaf Şolts Rusiyanın hücumuna qarşı mübarizədə Ukraynaya tam dəstəyi davam etdirəcəklərinə söz verib.
O bunu Kiyevə gedən qatarda jurnalistlərlə söhbət edərkən deyib.

“Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak etmiş üç böyük ölkənin hökumət başçılarının Kiyevə getməsi və bu xüsusi hərbi vəziyyətdə Ukraynaya və Ukrayna vətəndaşlarına dəstək nümayiş etdirməsi önəmlidir. Ukraynanın mübarizəsi üçün nə qədər lazımdırsa, dəstəyimiz davam edəcək”, - deyə Şolts bildirib.
“Lakin bu təkcə həmrəylik nümayiş etdirmək məqsədi daşımır, biz həm də əmin etmək istəyirik ki, təşkil etdiyimiz maliyyə, humanitar, o cümlədən silahla bağlı yardımlar davam etdiriləcək”, - deyə kansler əlavə edib.
“Rusiyanın Ukraynaya qarşı müharibədə hərəkətləri yalnız məhv etməyə hədəflənib”.
Bu sözləri isə Olaf Şolts İrpeni ziyarət etdikdən sonra bildirib.
“Bu, Rusiyanın sadəcə məhv etməyə yönəlmiş aqressiv müharibəsi haqqında çox şey deyir. Qərar qəbul edərkən hamımız bunu nəzərə almalıyıq", - deyə Şolts qeyd edib.
“Bu müharibənin hansı dağıntılara səbəb olduğu dəhşətlidir. Və daha da dəhşətlisi - bu zorakılığın nə qədər mənasız olduğu reallığıdır”, - deyə kansler əlavə edib.
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi cümə axşamı səhər saatlarında Kiyevə gediblər.
Rumıniya Prezidenti Klaus Yohannis də Ukrayna paytaxtına gəlib.
Mənbə: Ukrainskaya pravda
1 261 dəfə oxundu