“Prezident seçkisində müxalifətin namizədi məlumdur” – CHP-nin sədr müavini açıqlama verdi

“Prezident seçkisində müxalifətin namizədi məlumdur” –
“Türkiyədə qarşıdakı prezident seçkisində müxalifətin namizədi məlumdur: Bu, CHP-nin lideri Kamal Kılıcdaroğludur”.

Azpost.info “Cumhiruyyət”ə istinadən bildirir ki, bu sözləri CHP sədrinin müavini Seyit Torun bəyan edib.

S.Torunun sözlərinə görə, namizədin adı rəsmən müxalifət partiyalarının “altılıq” formatında keçirdiyi görüşlərdə verilən qərardan sonra açıqlanacaq.

“Bizim partiyanın lideri var. O demokratiya naminə yüksək haqq bahasına müxtəlif siyasi qüvvələri birləşdirib. Hər hansı digər namizəd axtarmağa ehtiyac yoxdur. Ölkəni güclü parlament sisteminə aparan yalnız bir insan var-O Kılıcdaroğludur. Əlbəttə, buna “altılıq” qərar verəcək”-deyə CHP rəsmisi vurğulayıb.

“Altılıq masasında”kı müzakirələrdə “İyi Parti”nin rəhbəri Meral Akşener, SP-nin sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının rəhbəri Gültekin Uysal, DEVA-nın lideri Əli Babacan və “Gələcək” Partiyasının sədri, sabiq Baş nazir Əhməd Davutoğlu iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...