Tahir Kərimlinin qardaşının səlahiyyətinə xitam verildi- SƏBƏB

Tahir Kərimlinin qardaşının səlahiyyətinə xitam verildi-
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.

Gundeminfo.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Belə ki, iclasda Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin birinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb. Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, səlahiyyətli nümayəndələrindən biri Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Xatırladaq ki, Fəxrəddin Kərimli deputat Tahir Kərimlinin qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...