“Tokayev Çinə arxalanıb Rusiyaya qarşı belə mövqe ortaya qoyur”
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müstəqil siyasət apardığını nümayiş etdirmək ehtiyacını hiss edir”.
Bu sözləri Yeniavaz.com-a son günlər Rusiya ilə Qazaxıstan arasında yaşanan prosesləri şərh edən politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, Qazaxıstandakı “Yanvar hadisələri” zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin ölkəyə yeridilməsi Tokayevin imicini zədləmişdi və o, hazırda bunun bərpası ilə məşğuldur:
“Belə bir təsəvvür yarandı ki, Tokayev Rusiyanın adamıdır və Tokayev rus əsgərinin süngüləri üzərində hakimiyyətə gəldi. Həm Qazaxıstan daxilində bəzi əhali təbəqələri arasında, həm də beynəlxalq miqyasda Tokayev haqqında bu cür təsəvvür yarandı. Yəni Rusiyanın adamı və Rusiyanın hakimiyyətə gətirdiyi bir siyasi fiqur kimi, belə bir imici formalaşdı.
Mənim fikrimcə, Tokayev ilk növbədə bu imicdən qurtulmağa çalışır. Bu cür müstəqil mövqe ortaya qoymaqla Rusiyanın adamı olmadığını, əksinə, tam müstəqil siyasət yeritdiyini, yalnız Qazaxıstan dövlətinin maraqları əsasında xarici siyasət formalaşdırdığını nümayiş etdirir və dünyaya bu mesajı verir.
Digər tərəfdən Qazaxıstanı cəsarətləndirən faktorlardan biri də Çin faktorudur. Tokayevin Çinlə çox yaxın əlaqələri var. Bilirsiniz ki, o hələ SSRİ dövründə Çində çalışıb. Sovet dövlətinin Çindəki səfirliyində çalışıb. Pekin Universitetində praktika keçib. Çin dilini çox yaxşı bilir. Yəni Çin elitası ilə çox yaxın münasibətləri var. Bu baxımdan Çinə də arxalanaraq bu cür cəsarətli siyasi mövqe ortaya qoyur. Çünki Rusiya Qazaxıstana təzyiq göstərmək istəsə, Çin çox rahatlıqla Qazaxıstandakı bu Rusiya təsirini neytrallaşdırmaq gücünə və imkanına malikdir.
Digər tərəfdən Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq olunub və bu proses davam edir. Eyni zamanda Ukrayna müharibəsi Rusiyanın həm qlobal miqyasda, həm də regional, yəni postsovet məkanında mövqelərini tədricən zəiflətməkdədir. Hər kəs müşahidə edir ki, Rusiyanın beynəlxalq mövqeyi getdikcə zəifliyir. Ən azından bunu qətiyyətlə demək olar ki, Rusiya 24 fevral 2022-ci ildən əvvəlki kimi güclü görünmür. Güc mərkəzi kimi zəifləmə dönəminə daxil olub. “Tam zəiflədi” demək hələ tezdir, amma ən azından bir zəifləmə mərhələsinə qədəm qoyduğunu artıq hər kəs müşahidə edir. Dövlətlər də buna uyğun yeni siyasət qururlar. Tokayev də çox təcrübəli siyasətçi kimi prosesləri yaxşı müşahidə edir və o da yeni qlobal və regional geosiyasi reallıqlara uyğunsiyasət qurur. Qazaxıstanın son həftələr ortaya qoyduğu mövqeyi mən bu cür izah edərdim”.
Ş. Cəfərli bildirib ki, Rusiya hzırkı vəziyyətdə Qazaxıstanla müharibə edə bilməz:
“İlk növbədə ona görə ki, Rusiyanın bütün gücü Ukraynaya yönəlib. Yəni heç Ukraynada qarşısına qoyduğu hədəflərə çata bilməyən Rusiyanın ikinci bir cəbhə aça biləcəyi inandırıcı görünmür, buna gücü yetməz. Yəni hərbi potensialı buna uyğun deyil. Amma əsas siyasi faktordur. Siyasi baxımdan Rusiya Qazaxıstana savaş açmaqdan çəkinər. Qeyd etdiyim kimi, Çin faktoru var. Əgər el bir ehtimal olsa belə, buna Çin imkan verməz. Digər tərəfdən Qərb də, belə olan təqdirdə Qazaxıstanı dəstəkləmək üçün əlindən gələni edər. Mənim fikrimcə, bu baxımdan həm Qərb faktoru, həm də Çin faktoru Rusiyanı bu cür aqressiv addımlardan çəkindirən ən mühüm amillərdir”.
Xatırladaq ki, Qazaxıstan hakimiyyəti öz ərazisində Rusiya kömürünü daşıyan 1700 vaqonun qarşısını almaq qərarına gəlib. Qazaxıstan rəhbərliyinin bu qərarı Rusiyanın Novorossiysk limanında neftin daşınmasına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.
Qeyd edək ki, iyunun 17-də Vladimir Putinlə görüş zamanı Tokayev qondarma DXR və LXR-in ölkəsi tərəfindən tanınmasının yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Tokayev Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib. Bildirilir ki, Qazaxıstan liderinin mükafatlandırılması Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində planlaşdırılıb.
804 dəfə oxundu