“Rəsmi Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hamıdan çox maraqlıdır”

“Rəsmi Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hamıdan çox maraqlıdır”
"Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Buna görə də, imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...