İraqın Baş naziri sabah Tehrana səfər edəcək

İraqın Baş naziri sabah Tehrana səfər edəcək
İraqın Baş naziri Mustafa əl-Kadximi iyulun 26-da Tehrana səfər edəcək. “Report” xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb.

Bildirilib ki, Mustafa əl-Kadximinin bu səfəri əvvəldən planlaşdırılmayıb. Baş nazirin səfər gündəliyi ilə bağlı məlumat yayılmayıb.

Məlumata görə, son zamanlar Bağdad və Tehran rəsmiləri iki ölkə arasında mövcud olan bir sıra problemlərlə bağlı bəyanatlar veriblər. İran zəvvarlarının İraqa səfərləri, İraqın İrana elektrik enerjisi ilə bağlı pulun ödənilməsi, habelə su probleminə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, iyulun sonunda Məhərrəm ayı başlayır. Bu ay Kərbəla vaqesi ilə bağlı mərasimlər keçirilir. İrandan on minlərə insan İraqın Nəcəf, Kərbəla şəhərlərinə ziyarət edirlər. Bir müddət əvvəl İraqın Mədəniyət Nazirliyindən milyonlarla zəvvarı qarşılamaq üçün hazırlıq işləri gördükləri bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...