Rusiya qızılına embarqo – G7-nin 4 ölkəsi razıdır, Almaniya nə deyir?

Rusiya qızılına embarqo –
“Rusiyadan qızıl tədarükünün qadağan edilməsi təklifi G7 sammiti çərçivəsində deyil, Avropa İttifaqının bütün üzvləri tərəfindən müzakirə olunmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Rusiya qızılına embarqonun tətbiqini Avropa İttifaqı səviyyəsində müzakirə etmək lazımdır. Ona görə də bu məsələ ilə bağlı son qərar G7 tərəfindən verilməyəcək”, – Şolts deyib.

Kansler onu da qeyd edib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirməkdə davam edəcək.

Ötən həftə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Rusiya qızılının idxalına embarqonun qoyulması imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Embarqo planları artıq Britaniya, ABŞ, Yaponiya və Kanada tərəfindən təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...