“İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb”

“İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb”
“Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib. Dövlət başçısı bildirib ki, yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır: “Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...