Gürcüstan Rusiya ilə quru sərhədini bağladı

Gürcüstan Rusiya ilə quru sərhədini bağladı
Bu gün səhər saatlarından Gürcüstan-Rusiya sərhədindəki yeganə keçid məntəqəsi olan “Kazbegi” qeyri-müəyyən müddətədək bağlanıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Kazbegi” keçid məntəqəsi ağır meteoroloji şəraitə görə bağlıdır: “Terek və Devdorak çaylarının sahillərinin daşması, nəticədə Daryal-Lars avtomobil yolu nəqliyyatın hərəkəti üçün yararsız hala düşüb. Bu şəraitdə hər hansı bir malın idxalı və ixracı və onların gömrük yoxlaması, eləcə də fiziki şəxslərin yoxlanılması mümkün deyil”.

Keçid məntəqəsinin bütün əməkdaşları, eləcə də təbii fəlakət yerində olan mülki şəxslər təhlükəsiz yerə köçürülüb.

Nazirlik vəd edir ki, hava şəraiti yaxşılaşdıqdan və sərhəd bölməsində infrastrukturun bərpası başa çatdıqdan dərhal sonra “Kazbegi” tam gücü ilə işləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...