Çavuşoğlu G20 XİN rəhbərlərinin iclasına qatılacaq

Çavuşoğlu G20 XİN rəhbərlərinin iclasına qatılacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 7-8 iyul tarixlərində İndoneziyada keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, iclas zamanı ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nazir Çavuşoğlunun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...