“ABŞ Rusiyanı ikiqat mühasirəyə alıb…”- LAVROV

“ABŞ Rusiyanı ikiqat mühasirəyə alıb…”-
“ABŞ Pekin və Moskvanı ikiqat mühasirəyə aldığı üçün ölkələr strateji əməkdaşlığı genişləndirəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə bildirib.

“Biz praktiki qarşılıqlı fəaliyyətin həcmini artırır və əhatə dairəsini genişləndiririk”, – Lavrov deyib.

Qeyd edək ki, NATO-nun iyunun sonunda Madriddə keçirilən sammitində alyansın yeni konsepsiyası qəbul edildi. Sənəddə Rusiya birbaşa təhdid, Çin isə gizli təhlükə kimi göstərilib. Rəsmi olaraq Çin Rusiyaya qarşı sanksiyaları dəstəkləmir, lakin ticari-iqtisadi əlaqələrin bir hissəsini azaldır. Peterson Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasına görə, fevralın sonundan mayın sonuna qədər Çinin Rusiyaya ixracının həcmi 2021-ci ilin ikinci yarısı ilə müqayisədə 38 faiz azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...