“Mənə “Azərbaycanın Saakaşvilisi” deməyin”

  “Mənə “Azərbaycanın Saakaşvilisi” deməyin”
“Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir”.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri öz feysbuk səhifəsində REAL Partiyasının sədri İlqar Məmmədov yazıb.
“Məhkəməni udub bəraət qazanmaq ağlına gəlmədi.
İnsafən, bəlkə də sağlamlıq problemi var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların hakimiyyətin sifarişi ilə üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın.
Yenə dirəndim və sorunları üstələdim. Azərbaycanın Respublika qalacağına əmin olunca mübarizədəyəm”, - deyə siyasətçi bildirib.
Xatırladaq ki, iyulun 30-da Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani onun səhhətindəki problemlərlə əlaqədar siyasətdən getdiyini açıqlayıb.
Qeyd edək ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” klinikasında müalicə alır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...