“Ermənistanın verdiyi xəritələr minatəmizləyənlərin işinə yaramır” Hafiz Səfixanov
“Azad edilmiş torpaqlar həddindən artıq böyük ərazidir. Bu ərazilərin böyük əksəriyyəti mina və partlamamış hərbi sursatların təsirinə məruz qalıb”.
Bunu “Report”a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibə bitəndən dərhal sonra həmin əraziləri mina və partlamamış sursatlardan təmizləməyə başlayıb və bunun üçün arsenalındakı bütün qüvvələri səfərbər edib: “Yeni Minatəmizləmə Agentliyi yaradıldı. Hazırda Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti müəyyən ərazilərdə minatəmizləmə işlərini həyata keçirir. İndiyədək orada böyük həcmdə iş görülüb. Azad olunmuş ərazilərdə aparılan infrastruktur layihələri onu göstərir ki, həmin yerlər minalardan təmizlənməsəydi, bu işlərin heç biri həyata keçirilə bilməzdi. Ərazi böyükdür, mina və partlayıcılar isə çoxdur. Nəticədə ərazilərin təmizlənməsi vaxt alır”.
H.Səfixanov qeyd edib ki, Azərbaycan humanitar minatəmizləmə həyata keçirir: “Bu da kifayət qədər maliyyə və zaman aparan prosesdir. Bütün bunlara baxmayaraq, mina qurbanları da olur. Azərbaycan dövlət büdcəsi hesabına minatəmizləyənlərin sayını artırır, məsafədən idarəolunan robot texnikaları alınır. Burada minaaxtaran itlərin sayı artırılır, dronlar tətbiq olunur. Bu işlərin görülməsində mümkün vasitələrdən istifadə edilir”.
Sədr vurğulayıb ki, Ermənistanın verdiyi mina xəritələri düzgün deyil və minatəmizləyənlərin işinə yaramır: “Zaman-zaman Prezident İlham Əliyev və qeyri-hökumət təşkilatları Ermənistana mina problemi ilə bağlı təzyiqlərin göstərilməsi üçün təşəbbüslərlə çıxış edib. Nəticədə Azərbaycan ərazilərinin minalanması problemi beynəlxalq miqyasda qəbul olunub və Ermənistan bəzi xəritələri verib. Bir neçə beynəlxalq təşkilat və bəzi dövlətlər maliyyə vəsaiti ayırıb".
“Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütəmadi çağırışlarına baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edirəm ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətəndaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar”, - o bildirib.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub. Mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
734 dəfə oxundu