"Bunlar İmam Hüseynin gördüyü işlərə uyğun deyil"

"Bunlar İmam Hüseynin gördüyü işlərə uyğun deyil"
“İmam Hüseyn islamın bütövlüyü uğrunda şəhid olub. Amma bu gün bəzi məzhəb sahibləri imam Hüseynin adından istifadə etməklə islamda ayrı-seçkilik yaratmağa çalışırlar. Əlbəttə, bütün bunlar İmam Hüseynin gördüyü işlərə uyğun deyil”.

gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, əgər insanlar İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalı, daim pak əməllərin sahibi olmalı, yaxşılıqlar etməlidirlər:
“Özünə zəncir vurmaq, qan çıxarmaq doğru deyil. İmam Hüseyn məktəbi ürfan məktəbidir. Onun adını hər yerə, hər divara yazmaqla deyil. Onu öz qəlbimizdə yaşatmalıyıq. Biz hətta Sovet dövründə onun adını yaşatmışıq, bundan sonra da yaşadacağıq.

Guya ölkədə “dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar” fikrini bütün dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir. Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və İmam Hüseyn də layiqincə yad edilir.

Allah bizim dövlətimizi, dövlət başçımızı var eləsin. Allah torpaqlarımız uğrunda şəhid olanlara rəhmət eləsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...