"Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir" - Kuleba

"Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir" -
Ukrayna xarici işlər naziri Dmitro Kuleba rusiyalılara viza verilməsinin dayandırılması ilə bağlı Avropa İttifaqı (Aİ) və "G7" dövlətlərinə müraciət edib.

“Report” xəbər verir ki, o bu barədə tviter səhifəsində yazıb.

“Prezident Volodimir Zelenski bu məsələdə israr etməkdə tamamilə haqlıdır. Rusiyalıların böyük əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyir. Beynəlxalq sərhədlərə hörmət etməyi öyrənənə qədər onlar sərhədləri keçməkdən məhrum edilməlidir”, - paylaşımda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...