Prezident dövlət agentliyinə 3,2 milyon manat ayırdı

Prezident dövlət agentliyinə 3,2 milyon manat ayırdı
Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 3,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...