Belarus Ukraynaya hücum etməyəcək - Lukaşenko

Belarus Ukraynaya hücum etməyəcək -

Prezident Aleksandr Lukaşenko bildirib ki, Belarus Ukraynaya hücum etməyi planlaşdırmır.

GUNDEMİNFO.AZ-ın modern.az-a istinadən məlumatına görə, xəbəri BelTA dövlət agentliyi yayıb.

"Düşünməyin ki, mən burada hansısa hücum planlaşdırıram - Belarus ərazisindən Ukraynanı bombalayacağıq və sairə. Belə bir həvəsim yoxdu, nə üçün sizin və mənim övladlarım gedib orada döyüşməlidir... Bu saat bizə sakit olmaq lazımdır”, - deyə Lukaşenko Prujanski rayonunda sakinlərlə görüşdə söyləyib.

Lukaşenkonun sözlərinə görə, bu gün müharibə edən tərəf Ukrayna deyil.

"Bu gün bütün ilk növbədə NATO bloku və Amerika Rusiya ilə müharibə aparır", - Belarus prezidenti qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...