“Haber Global”: “Laçın bütünlükdə Azərbaycanın nəzarətinə keçir” - VİDEO

“Haber Global”: “Laçın bütünlükdə Azərbaycanın nəzarətinə keçir” -
“Laçın şəhəri yaxın günlərdə bütünlükdə Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər qanunsuz məskunlaşdıqları ərazini avqustun sonunda tərk edəcəklər”.

Bununla bağlı “Haber Global” hazırladığı materialda qeyd olunur.

“Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, həm Rusiya sülhməramlıları, həm də ermənilər Laçın dəhlizini tərk etməlidir.

1992-ci ildə işğaldan sonra Suriya və Livandan bölgəyə gətirilən ermənilər ərazini tərk edərkən infrastruktura ziyan vurur, binaları, meşələri yandırır.

İllər əvvəl Cenevrə Konvensiyasını pozan cinayətkarlar indi beynəlxalq müqaviləyə əsasən bölgəni tərk etməlidirlər...”, - deyə materialda vurğulanır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...