Bu ölkələr Bakı və İrəvan arasında sülhü ƏNGƏLLƏYİR
ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi ondan xəbər verir ki, bu ölkələr Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir.
Bunu Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq forumda iştirak etməmələri, həmin ölkələrin regionda sülhün olmasını istəmədiklərini açıq şəkildə göstərir. Buna baxmayaraq, Amerikanın regionda sülhü hamıdan çox istəməsi ilə bağlı verdiyi bəyanat əsassız və gülüncdür.
Politoloqun sözlərinə görə, ABŞ və Fransa bölgədə sülh istəsəydi, sülhyaratma prosesində yaxından iştirak edərdilər:
“Həqiqətən regionda sülhün olmasını istəsəydilər, dəfn edilmiş Minsk Qrupunun yenidən dirçəldilməsi barədə təkliflər irəli sürməzdilər, eləcə də Qarabağdakı ermənilərə hansısa statusun verilməsi barədə cəfəng fikirlər səsləndirməzdirlər. Sadaladığım bu faktlar beynəlxalq hüquqa ziddir”.
Qabil Hüseynlinin fikrincə, Azərbaycan öz ərazilərini beynəlxalq hüquq normalarına uyğun şəkildə azad etdikdən sonra ABŞ və Fransa kimi ölkələr sülhyaratma prosesinə əngəl olmağa çalışırlar.
"Xüsusilə də, Amerika və Fransa müxtəlif bəhanələrlə siyasi problemlər yaradıb, bölgədə xristian təsirini yaymaq üçün imkanlardan geniş istifadə edirdilər. Ancaq bu plan baş tutmayıb və bundan sonra da baş tutmayacaq. Sonda özləri çox pis vəziyyətdə qalacaqlar”.
Qeyd edək ki, avqustun 27-də Şuşada beynəlxalq konfrans keçirilib. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib.
Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Məlum olub ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər.
557 dəfə oxundu