Tokayev yanvar hadisələrinin iştirakçılarına AMNİSTİYA ELAN ETDİ
Tokayev yanvar hadisələrinin iştirakçılarına amnistiya elan edib.
KONKRET.az Tengrinews.kz-a istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar hadisələrinin iştirakçılarına amnistiya verib.
Dövlət başçısı vurğulayıb ki, Qazaxıstanın milli birliyə hava kimi ehtiyacı var.
“Aksiyalarda iştirak edənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları bizim vətəndaşlarımızdır. Onlar nəinki məhkəmənin ədalətli olacağına, cəmiyyətin də mərhəmətinə ümid edirlər. Yanvar hadisəsində iştirak edən, lakin ağır cinayət törətməyən vətəndaşların cəzasını dövlət yüngülləşdirib. Qanunu pozanların bəziləri öz günahlarını başa düşərək keçmiş əməllərindən peşman olublar. Düşünürəm ki, ən yaxşısı onları bağışlamaqdır. Ona görə də yanvar hadisələrinin iştirakçıları üçün birdəfəlik amnistiya elan etmək qərarına gəldim”, – deyə Tokayev bildirib.
Prezident aydınlaşdırıb ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas fiqurlara, habelə dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunan şəxslərə şamil edilməyəcək.
485 dəfə oxundu