Paşinyan İlham Əliyevlə görüşündən danışdı
“Əlbəttə, aydındır ki, müzakirə geniş idi, asan deyil, amma demək istəyirəm ki, bizim məqsədlərimiz bundan sonra da çıxışlarımda qeyd etdiklərimdən ibarətdir”.
Yeniavaz.com “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin iclasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün Brüsseldə keçirilən görüş barəsində danışarkən deyib.
“Ermənistan hökuməti sülh üçün gündəm qəbul edib və burada onu həyata keçirmək üçün qətiyyət lazımdır. Hamımız başa düşməliyik ki, bu asan deyil və mümkün həll yolları heç də aydın deyil. Biz ardıcıl işləməliyik və mən də hesab edirəm ki, bu lazımdır, həm də xalqımızın arzusudur ki, regionumuzda bir gün uzunmüddətli və hərtərəfli sülh bərqərar olsun. Və biz bu problemin həllinə daha çox diqqət yetirməliyik. Sadəcə olaraq, hazırda başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız şey qısa şəkildə təqdim olunur. Gələcəkdə hökumətdə, ictimaiyyətlə, siyasi qüvvələrlə müzakirəyə hazır olan detallar və ya təkliflər, mövzular olarsa, biz bunu mütləq edəcəyik”, - hökumət başçısı bildirib.
543 dəfə oxundu