Tarixə dönmüş Minsk qrupu, Ermənistan hakimiyyətinin hikkəsi - ŞƏRH
Ermənistan və havadarları yenə cığallıq etməyə başlayıblar. Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən dördüncü görüşü də əvvəlkilər kimi müəyyən optimizm yaratdığı bir şəraitdə tarixə dönmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası ilə bağlı fikirlər səslənir.
Sual olunur ki, bəs bu qrup nə üçün yaranmışdı? Bu qurum Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı münaqişəni həll etmək üçün yaranmış qrup məsələnin həllinə vasitəçilik etməli idi. Ancaq 30 ilə yaxın fəaliyyəti dövründə onun vasitəçiliyi ilə münaqişənin həllində hansı uğur əldə edilib? Birmənalı olaraq müsbət yöndə heç bir irəliləyişə nail olunmayıb. Əksinə, qrupun fəaliyyəti dövründə Ermənistan özünü Azərbaycan torpaqlarının yiyəsi kimi apramağa başladı. Hətta həmin rayonlara qanunsuz məskunlaşmalar belə həyata keçirdi.
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən bir daha təsdiqləndi ki, keçmiş Minsk qrupunun fəaliyyətdə olduğu dövrdə Ermənistan və havadarları Azərbaycanla heç bir əlaqəsi olmayan erməniləri Laçına, onun ətrafına, habelə başqa bölgələrə köçürüblər. Ən gülüncü odur ki, Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan ermənilər özlərini həmin yerlərin sahibi kimi aparıblar.
Elə təkcə, bu fakt Minsk qrupu ilə bütün əlaqələri kəsməyə kifayət edər.
Azərbaycan ictimaiyyəti dəfələrlə bu qrupun ədalətsizliyinin şahidi olub. Onların vasitəçiliyi zamanı işğal edilmiş torpaqlar minalanıb. Bölgənin sərvətləri Ermənistanın və Minsk qrupuna üzv dövlətlərdə fəaliyyət göstərən şirkətlər tərəfindən talan edilib.
Ötən illərin təcrübəsi və reallıq sübut etdi ki, bu qrup Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması üçün vaxtı uzatmağa çalışıb. Bu baxımdan belə bir qurumun yenidən vasitəçilik cəhdi ən azından həmin ölkələrin özlərinə qarşı hörmətsizlikdir. Onların buna cəhdi həm də Azərbaycan cəmiyyətinin o ölkələrə inamına və etimadına ciddi zərbə vurar. İctimaiyyət həmin qrupun 30 il ərzində bacardığından da artıq pisliklər etdiyinin şahididir.
44 günlük müharibə Minsk qrupunun Azərbaycana qarşı pisliklərinə də son qoydu.
İndi onların yeri yoxdur. Yeni proses başlayıb. Azərbaycanla Ermənistan arasında sülhə doğru danışıqlar gedir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu məsələdə vasitəçilik missiyasını üzərinə götürüb. Artıq tərəflər arasında işçi qrupları yaradılması müzakirələri gedir və s.
Ermənistan hakimiyyəti Brüsseldə və üçtərəfli danışıqların nəticəsi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün bütün pozucu vasitələrə əl atır. Regionda pozuculuq fəaliyyəti ilə məşğul olmaq, habelə Cənub Qafqazın təhlükəsizliyini təhdid etmək üçün onlara havadarları da dəstək verirlər.
Son günlər ermənilərin Xankəndində başlatdığı “Qarabağın müdafiəsi hərəkatı”nı buna örnək göstərmək olar. Bu, ermənilərin və havadaralarının 44 günlük müharibə zamanı baş verənlərdən nəticə çıxarmadıqları qənaətinə gəlməyə imkan verir.
Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri rəsmi İrəvanın növbəti təxribatı və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirmək cəhdlərindəndir.
Azərbaycanın xoşməramlı niyyətindən ermənilər və Ermənistan rəsmiləri sui-istifadə hallarına yol verirlər. Bu, rəsmi İrəvanın Brüsseldə keçirilən görüşün nəticəsinə məhəl qoymaması kimi dəyərləndirilə bilər. Belə çıxır ki, Ermənistan regionda sülh istəmir. Yaxud Cənubi Qafqazın, ilk növbədə öz əhalisinin rifahına, regional əməkdaşlığa qarşıdır. Ermənistan bununla həm də enerji daşıyıcıları xətlərini təhlükəyə atmağa səy göstərir. Başqa sözlə, Ermənistan havadarları ilə birlikdə Qərbin Cənubi Qafqazdakı karbohidrogen daşıyıcıları layihələrini təhdid etməyə çalışır. Bu isə Avropanın və ABŞ-ın maraqlarına qarşı çıxmaqdır.
Bu şəraitdə Minsk qrupunun fəaliyyətinin dirçəldilməsi iddiası hikkəyə əsaslanan nifrət yaymaq və yeni iğtişaşa ocağı yaratmaq istəyidir.
Dünya Ermənistanın yaranmasından və ermənilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına daşınmasından xəbərdardır. 200 ilə yaxındır onlar Azərbaycan torpaqlarında məskunlaşıblar. Sonuncu hadislərin baş verməsində 34 il ötür. Ermənilər keçmiş sovet hərbçilərinin dəstəyi ilə Azərbaycan türklərini Zəngəzur, İrəvan, Göyçə və Ermənistanın başqa bölgələrindən, dədə-baba yurdlarından çıxardılar.
Minsk qrupunun dirçəlməsi istəynlər, Armen Qriqroyanların Azərbaycan ərazisinə özbaşına soxulması, Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı sənədlərin tələblərini yerinə yetirməmək üçün bəhanlər axtarıması rəsmi Bakını adekvat addımlar atmğa vadar edir. Bu, Azərbaycana İrəvan, Zəngəzur, Göyçə ilə bağlı məsələni yenidən gündəliyə gətirməsinə şərait yaradır. Ermənistan rəhbərliyi və havadarları Azərbaycanın tarixi torpaqların tale ilə bağlı məsələnin meydana çıxması üçün əlverişli şərait yaradır.
Hadisələrə əsasən demək olar ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında Azərbaycandan daha çox maraqlı olması vacibdir. Çünki o, 2020-ci il noyabrın 10-da kapitulyasiya sənədini imzalayıb. Bu, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin ifadəsidir. Rəsmi İrəvan beynəlxalq hüquqa əsasən, rəsmi Bakı qarşısında öhdəlik götürüb. Bu məsələdə Ermənistanın qarantı Rusiyadır. İrəvan hökuməti pozuculuq fəaliyyəti ilə təminatçıları da zərbə altında qoyur. Bu halda onların Azərbaycana qarşı iddiaları boş, mənasız və əsassız olacaq.
Sentyabrın 5-də İrəvan meriyası binasının qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Biz Ermənistanda yaşamaq istəyirik!”, “Biz miqrasiya etmək istəmirik!”, “Miqrasiyanın gələcəyi yoxdur!” səsləndiriblər.
Bu çıxışlar onun göstərir ki, Ermənistanda ictimaiyyət sabitlik istəyir. Mühacirətdən bezib. Rəsmi İrəvan və havadarları isə onların miqrasiyasına yenidən şərait yaradırlar...
565 dəfə oxundu