Britaniyanın yeni baş naziri Ukraynaya daha çox dəstək olacaq - RƏY

Britaniyanın yeni baş naziri Ukraynaya daha çox dəstək olacaq -
Hakim Mühafizəkarlar Partiyasının sədri seçilən və deməli baş nazir kürsüsünə yiyələnən Liz Trass Boris Consonun xarici və təhlükəsizlik siyasətini davam etdirəcək.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu aıqlama verib. Şərhçi bildirib ki, Lizz Trass Boris Consonun kabinetində xarici işlər naziri olarkən patronun təlimatlarını yerinə yetirirb.

"Londonun ABŞ-la strareji müttəfiqliyində və Ukraynaya dəstəyində sapmalar olmayacaq. London Ankara və Bakı ilə də ənənəvi tərəfdaşlığını davam etdirəcək. Baş nazir Trassın hind mənşəli əsas rəqibi və keçmiş maliyyə naziri Rişi Sunak seçilsəydi də Londonun xarici və təhlükəsizlik siyasətində heç nə dəyişməyəcəkdi. Sadəcə, hind mənşəli siyasətçinin Böyük Britaniyanın baş nazir seçilməsi ABŞ-da qaradərili Barak Obamanın seçilməsi qədər böyük hadisə olacaqdı" deyə E.Şahinoğlu əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...