Polşanın Baş naziri Kiyevdədir

Polşanın Baş naziri Kiyevdədir

Polşanın Baş naziri Mateuş Moravetski Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

“Report” "Polsat News"a istinadən xəbər verir ki, siyasətçinin Ukrayna paytaxtına gəlişinə dair məlumat təhlükəsizlik səbəblərindən dolayı gec dərc olunub.

Polşa hökuməti sözçüsü Peter Müller bildirib ki, M.Moravetskinin paytaxtda bir neçə görüşü planlaşdırılıb, görüş zamanı geosiyasi vəziyyət, enerji bazarı, həmçinin enerji və hərbi təhlükəsizlik məsələləri müzakirə olunacaq:

"Biz bu çox çətin vəziyyətdə Ukraynanı dəstəkləyəcəyik. Biz hesab edirik ki, Rusiya bütün mümkün beynəlxalq standartları pozur. Ukraynanın müdafiəsi bizim təhlükəsizliyimizin müdafiəsidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...