“İlham Əliyev və Paşinyanla əlaqə saxlayıram…” – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel

“İlham Əliyev və Paşinyanla əlaqə saxlayıram…” –
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə əlaqə saxlayır.

Azpost.info bildirir ki, bu barədə Mişel tvitterdə yazıb.

“Mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinynala əlaqədəyəm. Ali nümayəndə Borell Avropa İttifaqının xüsusi nümayəndəsi Klaardan gələcək gərginliyin qarşısını almaq üçün Bakı və İrəvana getməyi xahiş edib”.

O bildirib ki, hərbi əməliyyat barədə məlumatlar çox ciddi narahatlıq yaradır. “Tam atəşkəs lazımdır. Sülhün alternativi yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...