Əli Kərimlinin dəyişməyən yeganə xisləti: - Şəxsi maraqlar və siyasi avantüristlik
Bu dəfə də eyni mövqeni sərgilədi. Bir daha hamıya sübut etdi ki, onun üçün nə xalq var, nə dövlət. Şəxsi maraqları hər şeydən öndədir.
Azərbaycan xalqının gözü sərhəddən gələcək xəbərlərə dikildiyi bir vaxtda, o, öz utancverici siyasi gedişlərindən belə usanmadı. Bunu Azərbaycan xalqı ona bağışlayarmı?
Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan oğullarının, Vətənin azadlığı, bütövlüyü üçün canından keçən hərbçilərin vida və dəfn mərasimlərinə yüzlərlə insan qatılır. Belə bir həssas zamanda siyasi mövqeyindən asılı olmayaraq, hər kəs vətən və millət naminə birliyi qoruyub saxlamalıdır. Bu, ölkəsini və xalqını sevən siyasətçilər üçün dəyişməz pinsipdir. Əli Kərimli və bəzi onun kimi düşünənlər, o cümlədən onun partiyadaşları kimi hər şeydən özünə çıxar qazanmağı adət edənlər üçün isə bu prinsip keçərli deyil. Onların ancaq bir məqsədi var – şəxsi istəklərini reallaşdırmaq, daha çox varlanmaq. Əli Kərimli və onun “iki cüt, bir tək” tərəfdaşları öz mənafelərinin, maraqlarının təmini üçün hətta xalqın ağır günündən də, qələbə sevincindən də istifadəyə cəhd edirlər. Bunun növbəti nümunəsini Əli Kərimli şəxsən özü dünən sosial şəbəkə hesabında paylaşıb:
“50 evə od düşüb, 50 ocaq sönüb. Nəyə görə matəm elan olunmur? Ataların, anaların ürəyi partlayır, yaltaq trol ordusu isə rejimin səhvlərini malalamaqla, hamını borclu çıxarmaqla məşğuldur. 10 noyabr 2020-ci il gecəsi qələbəmizin oğurlanmasını, Rusiya ordusunun Azərbaycana qayıdışını 200-300 min dollarlıq maşınları ilə şəhərin küçələrində şütüyərək bayram edənlər indi də klavyatura qəhrəmanlığı ilə məşğuldur. Malaçı briqadanın, trol dəstəsinin, intellektual yaltaqların yalanları ilə bu millətin acısı keçməz. Bir dəfə də xalqın acısını hiss edin. Xalqla eyni hissləri paylaşın. Heç olmasa bir günlük matəm elan edin!”
Bu paylaşımda xalqının dərdinə yanan, şəhid ailəsinin acısını bölüşən, dövlətin gələcəyindən narahatlıq ifadə edən hansısa bir söz tapmaq mümkündürmü? Əli Kərimli özünün dediyi kimi, 50 ocağa düşən odu öz canında hiss etdimi? Əgər hiss etsəydi, belə danışmazdı, belə düşünməzdi, bunu fürsət bilib öz “müxalifliyini” dərhal ortaya qoymazdı.
Ancaq Kərimli bütün bunları eyni zamanda etdi və bu ağrını ürəyində hiss edən xalqa yenə də dərs keçməyə qalxdı. Bəlkə hətta ürəyindən xalqı küçələrə səsləmək də keçərdi, ancaq onun sözünü bir kimsənin eşitməyəcəyini bildiyindən fikirlərinin bu hissəsini ürəyində saxladı, statusa çevirmədi.
30 il ikili standartlardan çıxış edən dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyini bölüşən AXCP sədri üçün heç bir müqəddəs dəyərin olmadığını onu tanıyan hər kəs bilir. Siyasi cameədə ancaq intriqa ustası kimi tanınan Əli Kərimlinin bu paylaşımını da görməzdən gəlmək olardı, ancaq özünü az qala “ana müxalifət lideri” elan edən partiya sədrinin xalqın dərdinə şərik çıxmaq yerinə siyasi avantüristlik etməsi qəbuledilməzdir. Əgər xalqın təpkisindən çəkinməsəydi, bəlkə də sərhəddəki erməni təxribatına başqa don geyindirə, Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham da edə bilərdi. Güman ki, elə həmin gün Altay Göyüşov adlanan ağzına gələni yazmaqla özünə dolanışıq quran tipin sosial şəbəkədəki məlum paylaşımına xalqın böyük təpkisi AXCP sədrini bu fikirdən daşındırıb.
Əli Kərimli xalqa güvənmədiyini indiyə qədər dəfələrlə dilə gətirib. İllərdir nəticəsiz mübarizəsinin bədəlini xalqa yükləməkdən çəkinməyib, öz siyasi məğlubiyyətini onu haqlı olaraq dəstəkləməyən xalqın boynuna yükləməyə açıq cəhdlər edib. Çıxışının başında da, sonunda da “xalq meydana çıxmır” deməklə öz “liderliyini” xalqa sırımağa çalışıb. Alınmayanda, istəyinə çatmayanda hətta şəhid xəbərlərindən də xal qazanmaq eşqinə düşdü. Siyasi ehtirasından, hakimiyyət yanğısından dövlətə belə kin və nifrətini gizlətməyən Əli Kərimlini 50 evin, bu odla bərabər qovrulan xalqın kədəri də çəkindirmədi.
44 günlük müharibənin nəticəsini, qəhrəman ordumuzun zəfərini də hədəfə alan bu adam öz xeyri naminə, “ağa”larından aldığı tapşırığı yerinə yetirmək üçün şəhidlərimizi də aşağılayır. Əli Kərimlinin xisləti həmişə bu olub. Onun üçün dövlət, millət marağı yox, öz şəxsi istəkləri olub.
Bu dəfə də öz xislətini gizlətmədi. Xalqla, dövlətlə bir yerdə olmadı. Əksinə, ermənilərlə, Ermənistanla bir olanların yanında yer aldı…
Elnarə Kərimova
Cebhe.info
504 dəfə oxundu