"Təhlükə yaransa, nüvə silahından istifadə edəcəyik, bu, blef deyil" - Putin

“Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu, blef deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı deyib.
"Nüvə şantajından da istifadə olunub. Söhbət təkcə Qərbin təşviq etdiyi Zaporojye AES-in atəşə tutulması və nüvə fəlakəti təhlükəsi ilə bağlı deyil, həm də NATO-nun aparıcı dövlətlərinin bəzi yüksək rütbəli nümayəndələrinin nüvə fəlakəti ilə bağlı bəyanatlarından gedir. Rusiyaya qarşı kütləvi qırğın silahlarından - nüvə silahlarından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlardan. Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkəmiz də müxtəlif məhvetmə vasitələrinə malikdir və bəzi komponentlərində NATO ölkələrindən daha müasirdir. Və ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu, blef deyil”, - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...