“Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır” – Cümşüd Nuriyev
“Son günlər Azərbaycan mətbuatında haylı-küylü bir müraciət dərc olunub ki, guya Qərbi Azərbaycanın 200-ə yaxın tanınmış ziyalısı Göyçə-Zəngəzur Respublikası adlı bir qurum yaradıb. Hətta bunun parlamentini də elan ediblər. Sonra da məlum olur ki, Qərbi Azərbaycandan olan ziyalıların heç birinin bundan xəbəri yoxdur. İndiki şəraitdə belə bir fikrin səsləndirilməsi çox ciddi bir təxribatdır”. Gundeminfo.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib.
O, əlavə edib ki, birincisi, Azərbaycan Prezidenti deyib, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur və başqalarını da bizim ölkənin ərazi bütövlüyünə hörmət etmələrini tələb edirik. Belə bir məqamda 5-3 nəfər milli satqınların icrasıilə təxribat törədilir və bunu gündəm edirlər:
“İkincisi, xatırlayırsınızsa, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin törətdiyi son təxribatlar xaricdə outran, özlərini bloger kimi təqdim edən məfkurəsiz milli satqınlar tərəfindən Azərbaycan dövlətini Ermənistana təcavüzü kimi qələmə verildi. Və belə bir məqamda Rizvan Talıbov adlı birisi ortaya çıxır, onlara çərənləməyə, dövlətçiliyimizə çamur atmağa şərait yaradılır. Bu təsadüf ola bilməz. Bunlar vahid mərkəzdən idarə olunur. Və indiki şəriatdə Azərbaycan dövlətinə bundan böyük xəyanət ola bilməzdi.
Üçüncüsü, Qərbi Azərbaycan ziyalıları o günə qalıb ki, məişət səviyyəli bir təxribatçının alətinə çevrilirlər?
Bəllidir ki, Qərbi Azərbaycanlıların dünyaca məşhur ziyalıları var. Bunların hamısı qalıb qıraqda və heç bir səviyyəsi, düşüncəsi və məntiqi olmayan birisi birdən-birə lider olub. Bunun 5-ci kalonun layihəsi olduğu gün kimi aydındır”.
Cümşüd Nuriyev onu da əlavə edib ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı və ölçü götürməlidir:
“Mən də bir vətəndaş kimi DTX-nə, Baş Prokurorluğa müraciət edirəm ki, təxribatçılar aşkarlanıb cinayət məsuliyyətinə cəlb olunsunlar”.
651 dəfə oxundu