“Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırıq”

“Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırıq”
"Türkiyə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığa hazırdır".

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Almaniyada keçirilən “WindEnergy Hamburg” adlı konfransda bildirib.

Onun sözlərinə görə, ölkəsi etibarlı və strateji tərəfdaş kimi, Avropanın enerji təhlükəsizliyində konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu layihə çərçivəsində Avropaya tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...