Paşinyan Praqaya sülh sazişinin ilkin variantı ilə gedir - KİV

Paşinyan Praqaya sülh sazişinin ilkin variantı ilə gedir -
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da əlində sülh müqaviləsinin mətninin ilkin variantı ilə Praqaya (Çexiya) gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.


“Sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsas diqqət sülh müqaviləsinin mətni layihəsinə yönəldilib. Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar”, - məlumatda bildirilib.

Qəzetin yazdığına görə, Paşinyan əlində sülh müqaviləsinin mətninin ilkin variantı ilə Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-da Praqaya yola düşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...