"Bu boyda dövlət şəhidin yadigarına 2 otaqlı ev verə bilməyəcək?" - Aqil Abbas

"Bu boyda dövlət şəhidin yadigarına 2 otaqlı ev verə bilməyəcək?" -
Deputat Aqil Abbas Milli Məclisdə şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı problemi qaldırıb.

Modern.az xəbər veiri ki, deputat bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirəsi zamanı danışıb.

“Mən xahiş edirəm, bu məsələyə diqqət artırılsın. Bu boyda dövlət şəhidin yadigarına 2 otaqlı ev verə bilməyəcək? Üstəlik, şəhidin yeganə varisidir, ata yox, ana yox yeganə qardaşı var. Niyə şəhid ailəsi hesab olunmasın? Niyə bu imtiyaz ona verilməsin? Mən bunu qaldırdım, adımdan səhv məlumat yaydılar”, - deyə A.Abbas deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...