Ukraynanın XİN başçısı Çinə xəbərdarlıq edib

Ukraynanın XİN başçısı Çinə xəbərdarlıq edib

“Ukraynadakı müharibə ilə bağlı Çinin hazırkı mövqeyi Moskvadan daha çox Kiyev üçün faydalıdır”.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər Dmitro Kuleba “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya Çindən proseslərdə onun tərəfində iştirak etməyini istəyir: "Əlbəttə, biz Pekindən daha çoxunu istəyirik. Amma başa düşürük ki, reallıq budur. Bu, bizə sərf edir”.

XİN başçısı həmçinin Çinə xəbərdarlıq edib: “Çin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləsə, bu, ikitərəfli münasibətlərimizə təsir edəcək”.

D.Kuleba İranla münasibətləri xatırladıb: “Tehran Ukraynanı xaincəsinə kürəyindən bıçaqlayana və Rusiyaya kamikadze dronları çatdırana qədər konstruktiv münasibətlərimiz var idi”.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Çinlə münasibətlərdən danışmışdı. O bildirmişdi ki, Rusiyanın Ukraynaya təcavüzündə neytrallıq qəbuledilməzdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...