İnstitut: "Putin təbliğat və güc strukturları arasındakı uçurumun qarşısını ala bilmir"

İnstitut: "Putin təbliğat və güc strukturları arasındakı uçurumun qarşısını ala bilmir"

Rusiya Prezidenti Vladimir Putin getdikcə radikallaşan millətçilərin tələblərini tarazlaşdıra, həmçinin təbliğat və güc strukturları arasında uçurumun qarşısını ala bilmir.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.

Analitiklər Rusiyanın hazırkı millətçi media məkanında üç əsas qrup müəyyən ediblər: rusiyalı bloqçular və müharibə müxbirləri, keçmiş zabitlər və veteranlar, həmçinin güc strukturlarının nümayəndələri.

Mütəxəssislərin fikrincə, Putin öz müharibə planlarını davam etdirmək üçün bu fraksiyaların hər üçünün dəstəyini saxlamalı olsa da, Ukraynadakı uğursuzluqlar xaotik səfərbərliklə birlikdə Rusiyadakı radikal millətçi icmanı aşındırır:

“Putin hazırda dövlət televiziyasında bəzi bloqçuları göstərməklə, güc strukturlarına öz qüvvələrini toplamaq və Baxmut və Donetsk ətrafında hücum əməliyyatlarını davam etdirmək imkanı verməklə, çoxdan tələb etdikləri kimi, səfərbərlik əmrləri verərək veteranları sakitləşdirməklə bu icmanı sakitləşdirməyə çalışır”.

İnstitut qeyd edib ki, bloqçuların özləri arasında çatlar yaranır. Onlar Çeçenistan başçısı Ramzan Kadırovun Müdafiə Nazirliyinə qarşı çıxışlarını tənqid etməyə davam edirlər.

Bundan əlavə, veteran icması Putinin səfərbərliyi necə aparmasından narazıdır.

Cəbhədəki uğursuzluqların sarsıntısı, səfərbərlik və onun düzgün idarə edilməməsi rusiyalılar üçün Putinin çevrəsindəki parçalanmanı üzə çıxarıb:

"Onlar hətta Putinin vəziyyəti tam nəzarətdə saxlamadığı təsəvvürünü yaymağa başlaya bilərlər. Hadisələrin bu cür inkişafı onun rejimi üçün fəsadlarını proqnozlaşdırmaq çətindir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...