Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiya paketini razılaşdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən Çexiya nümayəndəsi məlumat verib.

O bildirib ki, yeni sanksiyada Rusiya neftinin qiymətinə, bu ölkədən polad, kağız, kimya məhsulları, plastik və siqaretlərin ixracına, hüquq, informasiya texnologiyaları və mühəndis xidmətlərinin göstərilməsinə və s. məhdudiyyətlər tətbiq edilir.

Xatırladaq ki, Rusiyaya qarşı 8-ci sanksiya paketi oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək Aİ ölkələri dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə toplantısında da müzakirə edilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...