Nigar keçmiş həyat yoldaşını təhqir etdi: “Kişilik qanda yoxdursa...”

Nigar keçmiş həyat yoldaşını təhqir etdi:

Əməkdar artist Nigar Şabanova boşanması ilə bağlı sosial şəbəkə hesabında məlumat verib.

Yenisabah.az xəbər verir ki, o keçmiş həyat yoldaşına ismarış da yollayıb:

“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görərsiz ki, hər forma geyinən kişi ola bilmir. Kişiliyi peşə ilə qarışdırmayın. Kişi ailə başçısı qeyrətli oğlan olmaq başqa işdir. Peşə, forma geyinmək başqa işdir”.

Xanəndə ona pis şərh yazanlara da cavab verməyi unutmayıb:

“Pis yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt etsin. Kaş, bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışaydı. Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın ərində əmələ gətirə bilməz. Hamı sussun, əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib paylaşmıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...