Polşanın Baş naziri Almaniyanı tənqid edib
Almaniya ölkə sənayesinə böyük sərmayə qoymaqla vahid Avropa bazarının normalarını pozur.
“Report” xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski “Avropa siyasi birliyi” Zirvə Toplantısının birinci gününü yekunlarına dair brifinqdə deyib.
“Son maliyyə və koronavirusla bağlı böhran zamanı Almaniya öz maliyyə mexanizmlərindən istifadə etməyin mümkün olmadığını, bunun büdcə kəsirinin böyüməsinə, borcların artmasına səbəb olduğunu söyləyərək başqa ölkələrə mühazirə oxumağı xoşlayırdı. İndi heç kimə baxmadan, Almaniya dövləti sənayesini dəstəkləmək üçün nəhəng bir məbləğ - 200 milyard avro təklif edir. İtalyanlar və fransızlar bunu edə bilmədilər, polyaklar bacarmadı, amma onlar bacarırlar. Əgər bu, vahid Avropa bazarının normalarının bərabər və ədalətli şərhidirsə, mən burada nəyisə başa düşmürəm”, - deyə, o bildirib.
Onun sözlərinə görə, bu gün başqalarına öyrətməyi sevənlər qaydaları özləri pozurlar:
“Sabah görək müzakirə necə olacaq, amma mən bunu ciddi şəkildə tənqid etmək niyyətindəyəm. Sabahkı sammitdə mütləq bu barədə gərgin müzakirələr aparılacaq. Mən bir neçə Avropa lideri ilə danışdım, hamısı almanların istehlakçılar üçün bu təklifini tənqid edir”.
636 dəfə oxundu