Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər

Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər
Türkiyə və Aİ parlament komitəsinin sədri İsmayıl Emrah Karayel Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqların İstanbulda keçirilə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə regionda gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istəyir və bunun üçün çalışır.

“Biz güman edirik ki, tərəflər razılaşarsa, İstanbul danışıqlar məkanına çevrilə və bütün tərəflər üçün məqbul bir yer ola bilər”, - deyə siyasətçi bəyan edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilib. Məlumata görə, müvafiq təklif artıq “vacib və özəl” diplomatik kanallar vasitəsilə Vaşinqtona çatdırılıb. Amerika tərəfdən planla bağlı ilk şərhlər çox müsbət olub.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın da Rusiya ilə Ukrayna arasında mümkün danışıqların bərpa oluna biləcəyini açıqlayıb.

Mənbə: gazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...