BMT-də Rusiyaya qarşı qətnamə müzakirəyə çıxarılır

BMT-də Rusiyaya qarşı qətnamə müzakirəyə çıxarılır
Bu gün BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləyən qətnamə layihəsinin müzakirəsinə başlayacaq.

Yeniavaz.com xəbər verir ki, qətnamə bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırır və Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edir.


“Əgər BMT sistemi və beynəlxalq ictimaiyyət Baş Assambleya vasitəsilə əraziləri ələ keçirmək üçün bu cür qeyri-qanuni cəhdlərə cavab verməsə, biz çox, çox pis vəziyyətdə olacağıq. Baş Assambleya heç bir tədbir görməsə, digər ölkələrə də eyni şeyi etmək üçün kart-blanş verəcək”, - layihənin müəlliflərindən biri, Avropa İttifaqının BMT-dəki səfiri Olof Skuq bildirib.

Rusiya artıq BMT-yə üzv dövlətlərə məktub göndərib və orada qeyd olunub ki, Qərb nümayəndə heyətlərinin hərəkətlərinin beynəlxalq hüququn qorunması və BMT Nizamnaməsinin prinsipləri ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, sentyabrın 30-da qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Ukraynanın Xerson və Zaparojye vilayətlərinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...