“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb”

“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb”
“Azərbaycan və Ermənistan sülh müqaviləsinin 5 əsas bəndi üzrə razılıq əldə edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvnet” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: “Geriyə yalnızca bunları həyata keçirmək qalır”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq.

O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...