Paşinyan daha Qarabağ separatçılarını saymır

Paşinyan daha Qarabağ separatçılarını saymır

Bu həftənin əvvəlindən İrəvanda səfərdə olan Qarabağ separatçılarının rəhbərləri hamılıqla baş nazir Nikol Paşinyanın qəbuluna düşmək istəsə də, buna nail ola bilməyiblər.

Modern.az xəbər verir ki, Ermənistan KİV-ləri hökumətin Qarabağ separatçılarına biganəliyindən yazıb.

Bazar ertəsindən İrəvanda olan “nümayəndə heyəti”nə separatçıların başçısı Arayik Arutyunyan, onun “xarici işlər naziri” David Babayan, “parlament spikeri” Artur Tovmasyan, “xarici əlaqələr komitəsinin rəhbəri” Vahram Balayan və “müşaviri” Masis Mayilyan daxildir.

Mətbuat yazır k ki, separatçıların İrəvana getməkdə məqsədi baş nazir Nikol Paşinyanın oktyabrın 6-da Praqada keçirdiyi dördtərəfli görüş və orada müzakirə olunmuş məsələlər barədə birinci əldən məlumat almaqdır. Çünki Praqa görüşündən sonra bildirilib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürür və bu, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması deməkdir.

Media qeyd edir ki, bütün “nümayəndə heyəti” Nikol Paşinyanla görüşməyə çalışsa da, bir gün gözlədikdən sonra baş nazir onların hamısını qəbul etmək istəməyib, yalnız Arayik Arutyunyanla görüşə üstünlük verib. Qərara alınıb ki, qalanlarını Ermənistanın xarici işlər naziri, Milli Məclisin sədri, Təhlükəsizlik Şurasının katibi qəbul etsin.

Erməni KİV-lərinin bildirdiyinə ghörə, xarici işlər naziri Ararat Mirzoyanın Astanaya getməzdən əvvəl iki gün vaxtı olsa da, o da Qarabağdan gələnlərlə görüşməkdən yayınıb. Nazirin qayıdandan sonra onları qəbul edəcəyi də dəqiq məlum deyil.

Yalnız bu gün parlamentin spikeri Alen Simonyanın separatçılarla görüşü gözlənilir.

Yerli media bildirir ki, Qarabağla bağlı əvvəlki ritorikadan istifadə etməyən Ermənistan rəhbərliyi 44 günlük müharibədən sonra Xankəndiyə getməyib.

“Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin heç bir yüksək vəzifəli məmuru iki ildən artıqdır ki, “Artsax”a səfər etmir”,-deyə “Hraparak” qəzeti yazıb.

Erməni KİV-ləri bildirir ki, Qarabağdan İrəvana gedən “nümayəndə heyəti”nin üzvləri onlara qarşı belə nifrətdən hədsiz narahatdırlar. İndi separatçılar İrəvanda baş nazir Nikol Paşinyanın Astanadan qayıtmasını gözləyirlər ki, gələn kimi hamılıqla onun qəbuluna düşsünlər. Onlar Ermənistan hökumətinin Qarabağdakı separatçı rejimin taleyinə aydınlıq gətirməsin istəyirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...